• $
  • €
  • ₽
  • ₺
  • £

Ölüm xəbəri uşaqlara necə verilməli?

Ölüm xəbəri uşaqlara necə verilməli?
19.05.2014 18:52
Gerçəyi söyləməkdən çəkinməyin və duyğularınızı ondan saxlamayın!

Ölüm faktı ilə üzləşən balaca yeni bir duyğu ilə tanış olur. Böyüklərdən fəqrli olaraq uşaqların ölüm halı ilə üzləşməsi fərqlidir. ANN.Az türk mətbuatına istinadən xəbər verir ki, uşaqlara ən əziz, yaxud yaxın birisinin ölümü ilə bağlı durumu anladarkən diqqətli olmaq lazımdır. Təcrübə onu da göstərir ki, müxtəlif yaş həddlərində uşaqların ölüm halını qarşılaması, reaksiyaları fərqli olur. Hər birimiz ömür boyu yaxın, uzaq, əziz, doğma, yad və başqa insanların ölüm xəbərini eşidir, hətta bəzən bu xəbərin digərlərinə vermə vəziyyəti ilə üzləşə bilərik. Bir adama onun yaxınının ölümünün xəbərini vermək olduqca üzücü bir haldır. Qaldı ki, belə bir xəbərin balaca yaşda olan uşaqlara verilməsi... Ölüm xəbərinin verilməsi zamanı qarşıdakı şəxsin yaşı mütləq nəzərə alınmalıdır. Bu xəbər verilərkən uyğun zaman və şərait seçilməli, qarşı tərəfin sağlığı üçün ani addımlar atılmamalıdır.Uşaqlara isə ölüm halını açıqlamazdan öncə onun bu durumu anlaya bilib-bilməyəcəyi yaşda olub-olmadığını, sosial çevrəsini, yaşam şərtlərini nəzərə almalıyıq:5-6 yaş: “Ölüm” halını anlamağa başlayar, amma bunun geriyədönməziyini təsvir edə bilməz.6-7 yaş: Bu yaşlardan etibarən ölümün hərkəs üçün və qaçılmaz olduğunu anlamağa başlayar.7-10 yaş: "Ölüm" halını tam olaraq anlayar.10-12 yaş: Bu halla bağlı fəlsəfi düşüncələri ortaya çıxar. "Ölüm" halının onlara xəbər edilməsi təhlükəli ola bilər. Bu yaşlarda olan uşaqlar yeniyətməlik dövrünə qədəm basdıqları üçün hətta TV-lərdən, sosial şəbəkələrdən oxuduqları ölüm halları üçün "model" ola bilərlər.İtkisi olan uşaq hansı duyğuları yaşayır?Ana-ata itkisi zamanı uşaq özünü daha çox günahlandırır: "Mən nə etdim ki? Mənim xətam nə oldu ki?", qardaş-bacı itkisi zamanı "Qazandım, amma..." düçüncələri ilə baş-başa qalar, özlərini qismən suçlu bilərlər. Yas mərasimləri zamanı ata-ananın, yaxud ailənin digər böyüklərinin ölən uşaq haqqında "Çox yaxşı uşaq idi, heç bir eybi-filanı yox idi, hədsiz ağıllı idi" və sairə deməsi, sağ qalan uşaqda bunun doğru olmadığı düşüncəsini yara bilər, amma qardaşının, yaxud bacısının artıq həyatda olmamasına görə bunu dilə gətirə bilməz, nəticədə uşaq ağır psixoloji yük altında qalar. Uşaq qardaş, yaxud bacısının öldüyü bənzər bir təhlükənin altında olduğunu hiss edər, yaxud "Mən də ölməliyəmmi?", "Mən də təhlükə altındayammı?" - deyə düşünə bilər.Ana-ata itkisi "güvəndə olma" hissini sarsıdar, yaxud bu hissin tamamilə itməsinə səbəb ola bilər: "Bəs məni sevirdilər? Məni həmişə qoruyacaqdılar? Nə oldu, hara getdilər?", "Nəyə görə öldülər?", "Mənə qızdılar?", "Mən nədə səhv etdim?" kimi suallar altında özlərini əzilmiş hiss edərlər. Uşaqlarla necə davranılmalı?Xüsusilə balaca yaşda uşaqlara "getdi" və sairə sözlər əvəzinə həqiqət deyilməli - "Öldü" bildirilməlidir. Əks təqdirdə uşaq bütün ömrüboyu ölən şəxsin geri dönəcəyi xəyalı ilə yaşaya bilər. Ona "səfərdədir", "xəstəxanadadır" və sairə deməklə aldatmağımız uşağın özümüzə qarşı olan inam hissinin sarsılmasına yol aça bilər. Hətta böyüklər bu vəziyyətdə öz duyğularını - ağlamalarını, iztirab çəkmələrini uşağa göstərməkdən çəkinməməlidir. Bunun sayəsində uşaq da öz duyğularını içlərində saxlamayacaq, biruzə verəcəklər. Böyüklərin hisslərini göstərməsi uşaqlara əlavə suallar verməsi üçün cürətləndirəcək.Uşağa əzizinin ölüm xəbərini söyləyəcək şəxs ona hissi baxımdan yaxın olan ailə fərdi olmalıdır. Əgər lazım olarsa, bu durumda peşəkar bir mütəxəssisin yanlarında olması da mümkün hesab olunur.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol