• $
  • €
  • ₽
  • ₺
  • £

ATB məşhur "Expedia” platmorması ilə əməkdaşlığa başladı

ATB məşhur "Expedia” platmorması ilə əməkdaşlığa başladı
06.09.2021 14:01
Azərbaycan Turizm Bürosu(ATB) aviabiletlər, hotel, tur paketləri və turistik səfərləri onlayn sifariş etməyə imkan verən, dünyaca məşhur "Expedia” platforması ilə rəqəmsal əməkdaşlığa başlayıb, bu barədə ATB-dən anews.az-a verilən məlumatda bildirilib.

Əməkdaşlıq çərçivəsində "expedia.com” və "hotels.com” saytlarında Azərbaycana uçuşlar, hotellər və turizm təklifləri haqqında ətraflı informasiyalar yerləşdirilib. 

"Yerləşdirilən informasiyaların hədəf auditoriyası Yaxın Şərq, Böyük Britaniya, Türkiyə, Rusiya və İsrail olaraq seçilib. Səyahət etmək üçün yeni ölkə axtarışında olanları Azərbaycanı kəşf etməyə çağıran kampaniya istifadəçiləri müvafiq səhifələrə yönəldərək həm məlumatlılığı artırmağa, həm də səyahətin asan şəkildə planlaşdırılmasına xidmət edəcək”,-  deyə məlumatda bildirilib.

Beynəlxalq səviyyədə kütləvi təbliğat kampaniyalarının əhəmiyyətindən danışan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın beynəlxalq bazarlardakı fəaliyyətini tədricən bərpa etdiyindən söz açıb:

""Expedia” ilə yanaşı, "Skyscanner”, "Wego”, "Aviasales” platformaları ilə də əməkdaşlıq edilir, beynəlxalq media platformaları vasitəsilə Azərbaycanın turizm imkanlarının daha geniş kütləyə çatdırılması istiqamətində isə işlər davam etdirilir”, -deyə baş icraçı direktor bildirib.

Tezliklə hədəf bazarlarda nümayəndəliklərin yenidən fəaliyyətə başlayacağını bildirən Florian Zenqstşmid beynəlxalq turizm və səyahət sərgilərində iştirak etməyin vacibliyinə də toxunub.

Baş icraçı direktor yaxın gələcəkdə "Expo 2020 Dubai" sərgisində "Azərbaycan həftəsi” adı altında 4 turizm marşrutu üzrə təkliflərin müxtəlif tədbirlər vasitəsilə tanıdılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol