• $
  • €
  • ₽
  • ₺
  • £

Ali məktəblərə qeydiyyatla bağlı alternativ mərkəzlər yaradıldı

Ali məktəblərə qeydiyyatla bağlı alternativ mərkəzlər yaradıldı
06.09.2021 18:25
Sentyabrın 7-dən ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qeydiyyat prosesinə dəstək olmaq üçün alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək.

Anews.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, alternativ qeydiyyat mərkəzlərinin yaradılmasında məqsəd qeydiyyatda çətinlik çəkən abituriyentlərə dəstək göstərməkdir.  

Bundan başqa, qeydiyyatla bağlı suallar yaranarsa, Təhsil Nazirliyinin "Çağrı Mərkəzi”nin 146-5, eləcə də (+994) 51 206 78 48 "Whatsapp” nömrəsi üzərindən müraciət etmək mümkündür.
Alternativ qeydiyyat mərkəzlərinin siyahısı aşağıda təqdim edilib.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 7-dən 20-dək qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər.

Bunun üçün abituriyentlər onlayn qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı portal.edu.az platformasından və ya Təhsil Nazirliyindən məlumat ala bilərlər.
 
 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol