“İlqar İsmayılovun kreditlərini şirkət hesabından ödəyirdik”

Bakı Ağır Cinayətlər Məhkəməsində "İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Anews.az Kriminalqafqaz.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda mağazanın sabiq baş mühasib köməkçisi Samirə Quliyeva ifadə verib.
"İlqar İsmayılov poçt vasitəsilə və ya zənglə mənə tapşırıq verirdi ki, ödənişlər edim. Mən də həmin tapşırığa əsasən, sürücü və digər şəxslərə pulları lazımi ünvanlara çatdırmaq üçün verirdim. Ödənişlərin hamısında qəbz yazılırdı. Qəbzlərə bəzən İlqar müəllim özü qol çəkirdi.
2014-cü ildə şirkətə yeni maliyyə direktoru təyin edildi. Daha sonra ödənişlər onun razılığı ilə həyata keçirilirdi. Bəzən İlqar İsmayılovun adında olan kredit borclarına görə şirkət hesabından banklara ödənişlər edirdik”.
"İlqar müəllim və ya baş mühasib tərəfindən mənə göstərişlər verilirdi, mən icra ediridm. Fuad Şahvəliyev şirkətə maliyyə direktoru təyin olunandan sonra ödənişlər onun imzası ilə edilməyə başladı.
İlqar İsmayılovun göstərişi ilə şirkət hesabından məxaric olunan pulları etibarlı şəxs kimi şirkətin təsərrüfat müdiri Həbib Qarayev lazımi yerlərə aparıb ödəyirdi.
Mən işlədiyim müddətdə ən böyük məxaric olunan məbləğ 168 min manat olub. Mədaxil əməliyyatlarında da bəzən böyük məbləğlər olurdu. Hətta bayram ərəfələrində milyon manatdan artıq köçürmələr edilirdi.
İlqar İsmayılovla birlikdə maliyyə direktoru və baş mühasib hər səhər ötən günün maliyyə əməliyyatlarının açıqlamasını yazırdılar, sonra kassa qalığı müəyyən edilirdi. İlqar İsmayılov "Silkway Bank”a ayda 36 min manat kredit ödəyirdi”.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə ittiham olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























