• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-nın əməkdaşı istefa verdi

AMEA-nın əməkdaşı istefa verdi
19.05.2014 17:54
"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın İşçi Qrupunun sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İctimai və humanitar elmlər bölməsinin əməkdaşı, Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Həbib Zərbəliyev işindən ayrılıb. Məlumatı APA-ya təsdiqləyən Həbib Zərbəliyev bu qərarını institutda yaranan açıq düşmənçilik şəraiti ilə əlaqələndirib: “Planlarım, demək olar, qəbul olunmur və nəticədə açıq-aşkar düşmənçilik münasibəti yaranıb. Ona görə də işimdən gedirəm. Artıq ərizəmi yazıb rəhbərliyə təqdim etmişəm. Düzünü demək bir çoxlarının xoşuna gəlmir və həmin adamlar həmişə sıxışdırılır”. H.Zərbəliyev qeyd edib ki, institutda belə vəziyyət yaxın vaxtlarda yaranıb. Onun sözlərinə görə, yeni rəhbərlik gələndən elmi şuralarda həqiqəti demək onları qane etmir: “Ona görə də belə münasibət bəslənilir. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nı guya yerimə yetirmədiyimə görə mənə haqsız töhmət elan olunub. Halbuki bu istiqamətdə kifayət qədər çox iş görmüşəm. Mən də buna etiraz əlaməti olaraq işdən getməyi qərara almışam. Əslində dövlət proqramının icrası ilə bağlı məndən başqa işləyən yoxdur. Onlar da gözlərini bağlayıb, görmək istəmirlər. Mən istəyirdim ki, dövlət proqramının icrasına kömək edim. Əgər bunu istəmirlərsə, onda etmərik. İşdən çıxmağımla bağlı təqdim etdiyim ərizədə Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin və müavini Məhəbbət Mirzəliyevanın mənə qarşı artıq düşmənçiliyə çevirdikləri qərəzli münasibətin nəticəsi kimi elan edilən xəbərdarlıq və şiddətli töhmətə etiraz olaraq, bu düşmənçiliyi daha da dərinləşdirməkdə qərarlı olduğunu nəzərə alaraq tutduğum vəzifədən azad edilməyimi xahiş etmişəm. Qarşı tərəf hazırlaşmışdı ki, işi yerimə yetirmədiyimə görə məni işdən azad etsinlər. Amma tam əksini gördülər. Mən isə buna şərait yaratmadım və öz ərizəmlə işdən getdim. Artıq mənim yerimə adam da hazırlanıb. Bundan sonrakı fəaliyyətimə gəlincə, pedaqoq kimi işimi davam etdirəcəyəm”. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol