Yeniyetmələrə yalnız bu hallarda vaksin vurulacaq-VİDEO

Xaricdə təhsil alanlar və xroniki xəstəlikdən əziyyət çəkən yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty”) peyvəndi vurulacaq, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Anews.az-a bildirilib.
Nazirlikdən bildirildi ki, digər yeniyetmələrə isə peyvənd vurulmayacaq.
Azərbaycanda bu gün verilən qərara görə, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer ("Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi bir sıra qərarlar qəbul etdi. Qərara görə, Azərbaycan Respublikasında istisna hallarda 16-18 yaşlı yeniyetmələrə Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty”) peyvəndi vurulacaq. Eyni zamanda 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.
16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.
Ləman Qasımova
16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.
Ləman Qasımova
Fehruz Rza
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























