Yeni sistemlə fermerlər subsidiya üçün ayrılan pulları necə istifadə edə bilər? - AÇIQLAMA

Kənd Təsərrüfatı Nazirliyinin qurduğu yeni sistemə görə fermerə ayrılan pulun yalnız 25 faizini nağdlaşdıra bilər, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə rəisi Vüqar Hüseynov Aqrar Subsidiya Şurasının 2022-ci il üçün subsidiya əmsallarında dəyişliklərə həsr edilmiş mətbuat konfransında deyib.
"Əvvəllər fermər üçün karta köçürülən pulu vətəndaş şəxsi maraqları üçün istifadə edirdi. Yeni sistemlə isə bunu etmək olmur. Pulun 25 faizini nağdlaşdıran fermər yerdə qalan 75 faiz pulu kənd təsərrüfatı vasitələrinin alınmasına xərcləyə bilər. Fermer həmin vasitələri elə şirkətlərdən almalıdır ki, aldığı şirkətin Kənd Təssərrüfatı Nazirliyində qeydiyyatı olsun. 2021-ci ildə qayda pozma halları demək olar ki, çox az sayda baş verib" , deyə Vüqar Hüseynov bildirib.
Vüqar Hüseynov onu da qeyd etdi ki, fermərin hesabına köçürülən pulu zamanında xərcləməlidir. Həmin pul fermerin hesbında iki ilə yaxın qalırsa ona öncə xəbərdarlıq edilir, sonra həmin pul fermerin kartından geri çəkilir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























