Valideynlərdən COVID-19 pasportu tələbi barədə AÇIQLAMA

Biz Təhsil Nazirliyi olaraq şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmirik. Bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.
Nazirin sözlərinə görə, vətəndaşların müəyyən məkanlara daxil olması üçün onlardan COVID-19 pasportu tələb olunur ki, bu prosesə də aidiyyəti qurumlar nəzarət edir: "Biz Təhsil Nazirliyi olaraq şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmirik. Lakin düşünürük ki, hər bir vətəndaş vaksinasiya prosesinə aktiv qoşulmalıdır. Valideyn məktəb binasına daxil olursa, məsuliyyəti dərk edərək vaksin olunsa, yaxşıdır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























