• $
  • €
  • ₽
  • ₺
  • £

Zaqatalada fındıqçılıqla bağlı sərgi-satış yarmarkası keçirilib

Zaqatalada fındıqçılıqla bağlı sərgi-satış yarmarkası keçirilib
07.09.2021 17:17
Zaqatalada fındıqçılıq sahəsində istifadə olunan kənd təsərrüfatı texnika və avadanlıqlarının sərgi-satış yarmarkası keçirilib. 

Anews.az xəbər verir ki, yarmarkada nazirliyin tabeli qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, "Aqroservis” ASC, Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri, müxtəlif suvarma sistemləri, mineral gübrələr, texnika satışı ilə məşğul olan şirkətlər və fermerlər iştirak ediblər.

Sərgi-satış yarmarkasında fındıqçılıq sahəsinin inkişafı üçün lazım olan bütün texnikalar – müxtəlif ölçülü traktorlar, frezlər, gübrə və dərmansəpən aparatlar, innovativ budaq doğrayan aqreqatlar, qoşqu vasitələri və digər avadanlıqlar nümayiş olunub. 

Fermer və sahibkarlar texnika təchizatçılarının yenilikləri ilə tanış olmaq imkanı qazanıblar. Sərgilənən texnikalar öz innovativliyi ilə seçilib. Bu texnikaların ən böyük üstünlüyü çəkilərinin az olması, istismar müddətinin daha uzun olmasıdır. Sərgi-satış yarmarkasında fermerlərə maraqlı olan texnikalar, ehtiyat hissələri, qurğular üçün tələb olunan maye yağlar, qatqılar və digər zəruri avadanlıqların yerindəcə satışı da həyata keçirilib. 

Sərgidə həmçinin, yerli, xarici və qarışıq fındıq sortları nümayiş etdirilib. Bundan başqa, tədbirdə "Aqroservis” ASC ilə yanaşı, mineral gübrələrin satışı ilə məşğul olan digər təchizatçı şirkətlər də iştirak edərək, fındıqçılıqda istifadə olunan mineral gübrə və dərmanları sərgiləyiblər. Sərgi zaman gübrə üçün müraciət edən fermerlərin yaşadıqları kənd və qəsəbələrə "Aqroservis” ASC tərəfindən səyyar satış xidmətləri təşkil edilir. 

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərin istək və ehtiyacları nəzərə alınaraq təşkil olunan sərgi-satış yarmarkasının məqsədi fındıq sahələrində meyvələrin kütləvi yığımının vaxtında və itkisiz aparılması üçün istehsalçıları yeni innovativ texnikarla tanış etmək, bu sahədə rəqabət mühitinin formalaşdırılması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, yeni innovativ texnologiyaların tətbiqi yolu ilə məhsuldarlığın artırılmasına nail olmaqdır. 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol