• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkəyə idxal olunan məhsullar yerli bazardakı qiymətlərə necə təsir edir? - RƏSMİ

Ölkəyə idxal olunan məhsullar yerli bazardakı qiymətlərə necə təsir edir? - RƏSMİ
07.09.2021 17:33
Azərbaycana idxal olunan məhsullar yerli bazara mənfi təsir edə bilməz, bunu Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Aqrar Subsidiya Şurasının mətbuat konfrasında deyib.
 
 "İl ərzində təqribən bir milyon kartof istehsal edirik. Onun doxsan minini ixrac edirik. Ölkəyə isə il ərzində 130 min kartof idxal olunur. 2018-ci ildən ölkəyə idxal olunan kartof üçün əlavə rüsum qoymuşuq. Eyni rüsum idxal olunan pomidora da aid edilib.Elə rüsum müəyyən edilib ki, məhsulu gətirib satmaq əlverişli olmasın. Bu da yerli bazardakı qiymətlərə qətiyyən pis təsir edə bilməz. Daxili bazarın qorunması bizim üçün əsas şərtdir. Kənd Təsərrüfatı Nazirliyinin tərkibində bir portal fəaliyyət göstərir. Həmin portalda yerli bazardakı qiymətlərlə bağlı hər gün monitorinqlər aparılır. Ölkədəki bütün bazarlarda baş verən qiymətlə bağlı bizim məlumatımız olur", deyə Firdovski Fikrətzadə bildirib. 

Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2022-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, 2022-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə müəyyən subsidiyalar müəyyən olunub.
 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol