Yeniyetmələrin vaksinasiyasına başlanıldı

Azərbaycanda istisna hallarda (xroniki xəstəlikdən əziyyət çəkənlər və xaricdə təhsil alanlar) 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə mRNT Pfizer ("Comirnaty”) peyvəndinin vurulmasına başlanılıb.
Vaksinasiyanın aparıldığı Bakı Sağlamlıq Mərkəzindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, ötən gündən başlayan vaksinasiya üçün 3 yeniyetmə müraciət edərək peyvənd olunub: "Hər üç yeniyetmə xaricdə təhsil almaq üçün vaksin olunub və onların səhhətində heç bir ciddi hal qeydə alınmayıb”.
16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb edilir. Həmin şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.
Vaksinasiya mərkəzləşdirilmiş qaydada Bakı Sağlamlıq Mərkəzində aparılır.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib