• $
  • €
  • ₽
  • ₺
  • £

"Bizə İlham Əliyevin müəyyən etdiyi maaş verilmir" - HƏKİMDƏN ŞİKAYƏT

"Bizə İlham Əliyevin müəyyən etdiyi maaş verilmir" - HƏKİMDƏN ŞİKAYƏT
08.09.2021 12:54
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının əməkdaşları ağır iş şəraitindən və əmək haqqlarının vaxtında ödənilməməsindən  şikayət edir. Bu barədə hazırda sözügedən tibb müəssisəsində çalışan, adının anonim saxlanmasını  istəyən işçilərdən biri anews.az-a bildirib.

"Portalda yazılan əmək haqqı ilə bizə verilən əmək haqqı düz olur. Amma bizə bir məsələ aydın deyil. Prezident İlham Əliyev koronavirusla mübarizə aparan tibb işçilərinə üçqat-beşqat artıq əmək haqqı ilə bağlı sərəncam imzalamışdı. Biz bilmirik ki, həmin  maaş nə qədərdir?  Ağır iş şəraitində çalışırıq. Hazırda bizdə 12 saatlıq iş rejimidir. Ən vacibi isə əmək haqlarımız həmişə gec verilir", - deyə tibb işçilərindən biri deyir.
 
Reanimasiya şöbəsində çalışan tibb işçisi bildirir ki, ötən iki ay ərzində 6 gün istirahətsiz,8 saatlıq iş rejiminə görə, 550 manat maaş alırlarmış.  Avqustun 30-dan isə həftəlik 60 saat olmaqla, 4 günlük 12 saatlıq iş rejiminə keçiblər. Amma maaşlarından hələki bir xəbər yoxdur. 
 
"Əmək qanunvericiliyinə görə, gündə 8 saat normal iş rejimi, həftədə 2 dəfə istirahət günü hesab edilir. Həftəlik iş normamız 40 saat olmalıdır. Bizim işlədiyimiz iş rejimi isə qanunvericiliyə yad bir qrafikdir. Məsələn, keçən ay 6 gün 8 saat iş qrafiki ilə fasiləsiz işləyir, 2 gün istirahət edirdik. Keçən ayın 30-dan isə 12 saatlıq iş rejiminə keçmişik. İndi 4 gün 12 saat işləyəcəyik, 2 gün istirahət verəcəklər. Bu da həftəlik 60 saat deməkdir. Maaşlarımızda artım olacağını deyiblər, amma hələki gözləyirik. Heç keçən ayın maaşını avqustun 25-dən bəri hələ verməyiblər", - deyə o əlavə edib.
 
Tibb işçisinin sözlərinə görə, onlar bir ildən çoxdur işləməsinə baxmayaraq məzuniyyətə də buraxılmayıblar.
 
Məsələyə münasibət almaq üçün FHN-ə sorğu göndərmişik. Qarşı tərəf münasibətini bildirməyə hazırıq. 
 
 
Samirə Əli
 
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol