“LGBT üzvlərini məhv edin” deyən bloqerin cəzalanmamasına belə etiraz etdi

Bu gün Kanal 13-ün əməkdaşı Əvəz Hafizli Baş Prokurorluğun inzibati binasının darvazasına özünü zəncirləyərək etirazını bildirib.
Ə.Hafizli tanınmış bloqer Sevinc Hüseynovanın sosial şəbəkə hesabında canlı yayımda çıxış edərək LGBT üzvlərini təhqir etməsi və insanları onları məhv etməyə çağırmasından sonra onun həyatına təhdid yaranıb.
Daha sonra Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi Eldar Sultanov onunla görüşərək S.Hüseynova ilə bağlı müraciətinin araşdırıldığını bildirib.
Bunun ardınca Ə.Hafizli Baş Prokurorluğun inzibati binasında qəbul edilib.
Müraciətində insanlara LGBT üzvlərinin məhv edilməli olduğunu deyib: "Mənim harda qarşıma çıxsaz, sizi məhv etmək üçün əlimdən gələni edəcəyəm. Mən buradan bütün oğlanlarımıza, kişilərimizə səslənirəm. Onları harada gördünüz it balası kimi çırpın”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























