Nizaməddin Quliyevin ölüm səbəbi açıqlandı - RƏSMİ

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2021-ci il tarixli hökmü ilə vəzifə cinayətlərinə görə 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Məhəmməd oğlu Quliyev sentyabrın 8-də müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edib. Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətin məlumatında bildirilib.
Rəsmi məlumata görə, aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən 1954-cü il təvəllüdlü N.Quliyev orada vəfat edib.
Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. O, 2009-2019-cu illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Ölkə başçısının 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən N.Quliyev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
19 dekabr 2019-cu il tarixində DTX tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər cinayətlərdə təqsirləndirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























