• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda zorlamaya görə cəza artırılır – 10 il

Azərbaycanda zorlamaya görə cəza artırılır – 10 il
19.05.2014 15:30
Milli Məclisinin Hüquq siyasəti və dövlət komitəsinin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinin bir sıra maddələrində nəzərdə tutulan sanksiyaların artırılması ilə bağlı əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.Modern.az-ın xəbərinə görə, ümumilikdə 18 maddəyə əlavə və dəyişiklik təklif olunur. Məcəllənin 149.3-cü maddəsinə ediləcək əlavə və dəyişikliyə əsasən zorlama (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin immun çatışmazlığı virusuna yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda, o cümlədən aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində törədildikdə minimum cəza həddi 10 il olacaq. Hazırda bu rəqəm 8 ildir. Məcəllənin 55.4-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən azadlıqdan məhrum etmə müddətinin qismən və ya tamamilə toplandığı hallarda azadlıqdan məhrum etmənin yuxarı həddi 20 il, hökmlərin məcmusu üzrə isə 25 il olaraq təyin ediləcək. Hazırda bu rəqəmlər müvafiq olaraq 15 və 20 ildir. Bu dəyişikliyə müvafiq olaraq 66.3-cü maddəyə müvafiq əlavə təklif olunur. Başqa bir sıra maddələrə də müxtəlif dəyişikliklər təklif edilir. Əlavə və dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.   ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol