• $
  • €
  • ₽
  • ₺
  • £

Siyəzəndə ağır qəza: 1 ölü, 11 yaralı

Siyəzəndə ağır qəza: 1 ölü, 11 yaralı
19.05.2014 14:20
 Bu gün Bakı-Quba-Rusiya Federasiyası Dövlət sərhədi yolunda baş verən yol qəzasında ölən və xəsarət alanların kimliyi bəlli olub.APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolun Siyəzən rayonunun Ağbaş kəndindən keçən hissəsində Bakı şəhər sakini İlham Məmmədovun idarə etdiyi “Toyota-Prado” markalı minik maşını ilə Ukrayna dövlət qeydiyyatlı, AM 0895 BK dövlət nömrə nişanlı mikroavtobus toqquşub. Nəticədə “Toyota-Prado”nun sürücüsünün azyaşlı qızı - 2010-cu il təvəllüdlü Əminə Məmmədova hadisə yerində dünyasını dəyişib. Qəza nəticəsində Ukrayna vətəndaşları – 1989-cu il təvəllüdlü Pinçuk Aleksandr, 1994-cü il təvəllüdlü İqor Paseyka, 1968-ci il təvəllüdlü Danyuk Genazi, 1988-ci il təvəllüdlü Svetlana Anatoliyevna Drazyuk, 1988-ci il təvəllüdlü Victoriya Sergeyevna Stepanyuk, 1954-cü il təvəllüdlü Stepanyuk Sergey Lukaşoviç, 1983-cü il təvəllüdlü Aleksandra Rossoxin Nikaloyeviç və Bakı şəhər sakinləri - 1977-ci il təvəllüdlü Məmmədova Gülnarə Vəli qızı, 1959-cu il təvəllüdlü Kazımov Sahib Zöhrab oğlu, 1985-cı il təvəllüdlü Kərimova Lalə Sahib qızı və 1968-ci il təvəllüdlü Kazımova Məlahət Fərhad qızı xəsarət alıblar. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.  *** Bakı-Quba-Rusiya Federasiyası Dövlət sərhədi yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yolun Siyəzən rayonunun Ağbaş kəndindən keçən hissəsində qeydə alınıb. Yolda hərəkət edən mikroavtobusla “Toyota-Praro” markalı avtomobilin toqquşması nəticəsində bir nəfərin öldüyü, doqquz nəfərin xəsarət aldığı bildirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol