• $
  • €
  • ₽
  • ₺
  • £

“Azerçay” yeni reklam çarxıyla doğmalıq bəxş edir

“Azerçay” yeni reklam çarxıyla doğmalıq bəxş edir
10.09.2021 12:06
Azərbaycanın ilk milli çay markası olan "Azerçay” yeni reklam çarxını təqdim edib. Uzun illərdir istehlakçıların sevgisini qazanan və üzərindəki "Made in Azerbaijan” yazısı ilə dünyanın 40-dan artıq ölkəsində Vətənimizi layiqincə təmsil edən milli markamızın reklam çarxı sevilən xalq və əməkdar artistlərimizin iştirakı ilə ərsəyə gəlib. Ölkəmizin cənub bölgələrində yetişdirilən 100% təbii çaydan hazırlanan "Azerçay” yeni reklam çarxında Vətən Müharibəsinə geniş yer ayırmaqla, doğma torpaqlarımıza növbəti dəfə bağlılığını ifadə edib. 
Bundan əlavə. Azərbaycanın çay ənənələrini özündə əks etdirən reklam çarxında, istər şəhər, istər kənd həyatı əks olunub və "Azerçay”ın yaşından, yaşadığı mühitdən asılı olmayaraq hər kəsin ağız dadına uyğunluğu vurğulanıb. Azərbaycanın milli musiqi alətlərindən istifadə olunaraq təqdim olunan çarxda musiqi ilə görüntünün vəhdət təşkil etdiyini, milli ornamentlərin də bu vəhtədə əlavə naxış kimi toxunduğunu görmək mümkündür.  Doğma çay "Azerçay”ın illərdir "Qarabağ FK”a dəstəyi, futbol klubumuzun Azərbaycanı dünya arenasında layiqincə təmsil etdiyi əks olunub. 

Qeyd edək ki, "Azerçay” markası üçün çay əkinçiliyi ilə məşğul olan fermerlərdən məhsulu yüksək qiymətə satın alaraq, onların fəaliyyətinə öz dəstəyini verir. Ümumilikdə, 4 min insanın məşğulluğunun təmin edilməsi ilə yetişdirilən çay fabriklər tərəfindən təhvil alınır ki, nəticədə insanların sosial-rifah halının yüksəldilməsinə mühüm dəstək verilir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol