• $
  • €
  • ₽
  • ₺
  • £

Ramin Hacılının məhkəmədə ürəyi getdi - İctimai fəalın səhhətində ciddi problem yaranıb

Ramin Hacılının məhkəmədə ürəyi getdi - İctimai fəalın səhhətində ciddi problem yaranıb
10.09.2021 15:27
Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılının məhkəmədə ürəyi gedib. 

Bu barədə ictimai fəalın anası Hürü Hacıyeva məlumat verib. 

"Raminin ürəyi getdi. Təcili Tibbi Yardım çağırdılar. Su vermək istədilər, içmədi. Həkimlər gəlib iynə vurdu”, deyə Hürü Hacıyeva bildirib.

Onun sözlərinə görə, oğlunun səhhətində ciddi problem yaranıb: "Təcili Tibbi Yardımın əməkdaşları dedi ki, Ramin mütləq həkim nəzarətində olmalıdır. Vəziyyəti çox ağırdır”.

Qeyd edək ki, Ramin Hacılı həbsinə etiraz edərək quru aclığa başlayıb. O artıq 7 gündür ki, aclıq edir. 

Anası bildirib ki, səhhətindəki problemlərə rəğmən oğlu aksiyanı davam etdirməkdə israrlıdır: "Dayandırmaq istəmir aclığı. Mən bir ana kimi Prezident İlham Əliyevə, Mehriban Əliyevaya müraciət edirəm. Oğlum günahsız yerə həbs edilib. Borcu var, qaytarırdı. Heç yerə qaçmırdı. Cavan, savadlı uşaqdır. Niyə həbs edirlər axı? Məgər həbslə borc qaytarılır? O azadlıqda olmalıdır ki, borcunu qaytarsın”.

Ramin Hacılı Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq - təkrar törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 29,318.1 (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddələri ilə təqsirli bilinərək 2 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilib. Prokurorluq hökmdən protest verib. Bu gün Bakı Apellyasiya Məhkəməsində protestə və iş üzrə iki nəfər zərərçəkmişin apellyasiya şikayətinə baxılıb. Ramin Hacılının səhhətində problem yarandığına görə proses sentyabrın 14-nə təxirə salınıb. (qaynarinfo)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol