• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha bir helikopterin əsaslı təmiri başa çatıb

Azərbaycanda daha bir helikopterin əsaslı təmiri başa çatıb
10.09.2021 15:34
 "Helicopter Service Center" MMC-dən verilən məlumata görə, Rusiya mütəxəssisləri ilə birgə "Mi" tipli helikopterin növbəti səyyar əsaslı təmiri uğurla başa çatıb.

Azərbaycanın mülki aviasiya tarixində ilk dəfə belə irimiqyaslı layihənin həyata keçirilməsi "ASG Holding"in prezidenti Teymur Məmmədovun və  Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Tahirovun  iştirakı ilə Zabrat hava limanında keçirilən tədbirdə qeyd edilmişdir. Tərəflər müvafiq "təhvil-təslim" aktını imzaladılar və onlara helikopterin simvolik açarı təqdim olunmuşdur. 

Qeyd olunan Servis mərkəzi "ASG Helicopter Services"in törəmə şirkətidir və Rusiya istehsalı olan helikopterlərin əsaslı təmiri ilə məşğuldur.

Bu, Azərbaycan ərazisində həyata keçirilən üçüncü təmirdir. Lakin əvvəlki iki təmirdən fərqli olaraq bu dəfə hərbi-nəqliyyat təyinatlı helikopterin təmiri həyata keçirilmişdir.

Səyyar əsaslı təmir xidmətlərinin göstərilməsi, helikopter istehsalçıları tərəfindən Servis mərkəzinə icazənin verilməsi və hava gəmilərinin əsaslı təmirinin aparılması üçün müvafiq müstəqil sertifikatın alınması prosesinin bir hissəsidir.

Bölgədə Rusiya istehsalı olan helikopterlərin əsaslı təmiri üçün ilk aviasiya təmiri müəssisəsinin tikintisinə 2020-ci ildə "ASG Helicopter Services" tərəfindən tam maliyyələşdirilməklə başlanılmışdır. 

Qeyd edək ki, həmin mərkəz hal-hazırda bu sahədə istifadə olunan müasir avadanlıqlarla təchiz olunub. Mərkəzin istehsalat gücü İldə 12 vahiddən 15 vahidədək təmirin aparılması üçün nəzərdə tutulmuşdur. Güc qurğularının və çıxarıla bilən avadanlıqların bir hissəsinin təmiri həm ölkədəki, həm də xaricdəki aparıcı sənaye müəssisələrində həyata keçiriləcəkdir. 

Aviaşirkətin əsasında tam funksional Servis mərkəzini yaratmaq fikri ilk maşının səyyar təmiri mənimsənildikdən sonra yaranmışdır. Belə bir mərkəzin yaradılması layihəsi Azərbaycan ilə Rusiya arasında iqtisadi və hərbi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın protokollarının bir hissəsi olmuşdur.

Qeyd edək ki, Servis mərkəzində işlərin ilkin mərhələsində 100 nəfərədək şəxsin işlə təmin olunması planlaşdırılır. Gələcəkdə Mərkəzin istehsal dövriyyəsi  artdıqca işçilərin sayıda artırılacaqdır.

Zabrat Hava Limanında keçirilən tədbirin videosu ilə aşağıdakı linkdə tanış ola bilərsiniz https://youtu.be/CpI2AsV_pjY 

"ASG Helicopter Services" şirkətinin mətbuat xidməti








www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol