• $
  • €
  • ₽
  • ₺
  • £

Həbsdə ölən sabiq icra başçısının cinayət işinə xitam verilə bilər

Həbsdə ölən sabiq icra başçısının cinayət işinə xitam verilə bilər
11.09.2021 13:05



Külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə saxtakarlığında təqsirləndirilərək həbs olunan Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev sentyabrın 8-də Gəncə şəhər modul tipli xəstəxanada koronavirusdan vəfat edib. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan mhrum edilmişdi. Ölümündən əvvəl təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdi. Bəs N.Quliyevin ölümündən sonra onun cinayət işinə xitam veriləcəkmi?

Vəkillər Kollegiyasının üzvü Anar Məmişov bildirib ki, cinayət işinə xitam verilməyin iki cür əsası var - bəraətverici əsasla və bəraətverici əsas olmadan xitam verilmə.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs vəfat edəndə məhkəmədə əvvəl onun yaxınlarından biri hüquqi varis kimi tanınır: "Hüquqi varis müəyyən olunana qədər isə işə baxılması dayandırılır. Məhkəmə onun ailə üzvlərinə, yaxınlarına məlumat verir. Ölmüş təqsirləndirilən şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən şəxsin hüquqi varisi hesab olunur. Əgər həmin hüquqi varis razılıq verərsə ki, cinayət işinə xitam verilsin, onda cinayət işinə bəraətverici əsas olmadan xitam verilir. Və ya məhkəmə qərar verir ki, bu şəxs cinayəti törədib, ancaq təqsirləndirilən öldüyü üçün cinayət işinə xitam verilsin. 

Bundan başqa, təqsirləndirilən şəxsin hüquqi varisi hesab edirsə ki, həmin şəxs cinayəti törətməyib, onda bəraət alması üçün işi davam elətdirirlər. Məhkəmədə sübut olunsa ki, həmin şəxsin günahı yoxdur, o zaman ölən şəxslə bağlı cinayət işinə bəraətverici əsasla xitam verilir”.

Quliyev 1954-cü ilin sentyabr ayının 1-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olub. 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Daha sonra Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

N.Quliyev 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, təkrar törədildikdə, rüşvət alma, külli miqdarda törədildikdə və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəsmi məlumatına əsasən, son günlər N.Quliyevin bədən hərarətinin 37.1-37.4C0 olması səbəbindən zəruri instrumental müayinələrə cəlb edilib, o cümlədən koronavirus infeksiyasına qarşı testlərdən keçirilib və nəticəsi neqativ olsa belə profilaktik müalicə alıb.

Sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və ağciyərlərində viral pnevmoniya əlamətləri ("buzlu şüşə") aşkar olunaraq "COVID-19 infeksiyasına yoluxma" diaqnozu təyin edilib və o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib.

Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən N.Quliyev orada vəfat edib.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol