Prokurorluq: Yardımlıda vətəndaş silahla öldürüldü

Yardımlıda yaşayan 21 yaşlı vətəndaş odlu silahla öldürülüb. Bu barədə rayon prokurorluğu məlumat yayıb.
Anews.az xəbər verir ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1988-ci il təvəllüdlü Asif Ağayevlə kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb. Münaqişə zamanı Nəsrəddin Sətizadənin sinə nahiyəsinə ov tüfəngindən atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisə Yardımlının Arvana kəndində baş verib.
Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























