• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurorluq Ağstafadakı qətllə bağlı məlumat yayıb

Prokurorluq Ağstafadakı qətllə bağlı məlumat yayıb
13.09.2021 10:53
Sentyabrın 12-i saat 23 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri –Yaşar Yusifovun öldürülməsi,  qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1986-cı il təvəllüdlü Sabir Məmmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi 1981-ci il təvəllüdlü Yaşar Yusifovun sol döş qəfəsi nahiyəsinə xəsarət yetirərək qəsdən öldürməsinə, sonuncunun qardaşı Müşvik Zeynalovun isə sol kürək nahiyəsinə xəsarət yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1  (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Sabir Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. 
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
_________
Ağstafada qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Anews.az-ın məlumatına görə, rayonun Köçəsgər kəndində Yaşar Zeynalovu qətlə yetirməkdə, onun qardaşı Müşfiq Zeynalovu bıçaqlamaqda şübhəli bilinən 1986-cı il təvəllüdlü Sabir Məmmədov tutulub.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol