Partlamamış hərbi sursatlar necə aşkar edilir - RƏSMİ

44 günlük müharibə dövründə Tərtərə 20.000 ədəd raket və mərmi atılıb. Onlardan bir xeylisi partalamamış aşkarlanıb.ANAMA tərəfindən partlayıcı sursatların təhlükəsinə dair marifləndirmə tədbirləri davamlı olaraq ölkənin müxtəlif şəhərlərində, əsasən müharibə təsirinə məruz qalan bölgələrdə keçirilir. Bu sözləri anews.az-a açıqlamasında ANAMA-nın maarifləndirmə işləri üzrə şöbə müdiri Ramil Əzizov deyib.
"Təkcə Tərtər rayonu ərazisindəki 2000-ə yaxın müxtəlif yaşayış məntəqələri, əkin sahələri, digər sosial infrastruktur obyektləri ərazilərində əməliyyatlar aparılıb.Partlamamış hərbi sursatların bəzən sürpriz və tələ məqsədi ilə quraşdırıldığı mütəxəssislərimiz tərəfindən aşkar olunub. Tank əleyhinə minaların altına quraşdırılmış əl qumbaraları ilə yanaşı, bəzən müdafiə xəttləri önündə kənardan idarə olunan qurğularla partladılması nəzərdə tutulan xeyli sayda PHS-lər aşkar olunaraq zərərsizləşdirilib. Partlamamış hərbi sursatlar minalardan fərqli olaraq, toxunduqda, onları daşıdıqda partlamaq təhlükəsi yaradır. PHS-lər üzərində olan döyüş başlıqlarının təyinatına uyğun olaraq işə düşmə mexanizmlərinə malikdir və hava dəyişkənliyindən və saat mexanizminin işə düşməsi səbəbindən partlaya bilir. Bəzən kiçik döyüş başlıqları da böyük itkilərə səbəb ola bilər. ANAMA-nın apardığı əməliyyatlar zamanı partlamamış hərbi sursatların növü, mexanizmləri müəyyən edilərək əhaliyə məlumatlar verilib. Aşkar olunan PHS-lər əsasən top və tank mərmiləri, qrad mərmiləri, istifadəsi qadağan olunmuş fosforlu mərmilər, kasetli raketlər və digər kateqoriyaya aiddir",- deyə Ramil Əzizov bildirib.
ANAMA İkinci Qarabağ müharibəsi dövründə Ermənistan ordusunun artilleriya atəşləri nəticəsində partlamamış hərbi sursatlarla çirklənmiş yaşayış məntəqələrinin təmizlənməsi əməliyyatları ilə yanaşı partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirlərini davamlı olaraq həyata keçirir.
2020-ci ilin noyabrından bu ilin avqustunadək işğaldan azad edilmiş 4 575 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 9406 piyada əleyhinə mina, 4092 tank əleyhinə mina olmaqla ümumilikdə 13 498 mina təmizlənib. 10529 partlamamış hərbi sursatlar aşkarlanıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























