• $
  • €
  • ₽
  • ₺
  • £

DSX Goruş -Qafan yolundakı İran maşınlarının yoxlanmasına CAVAB VERDİ

DSX Goruş -Qafan yolundakı İran maşınlarının yoxlanmasına CAVAB VERDİ
13.09.2021 13:00
Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan polisinin Gorus - Qafan yolunda İrana məxsus yük maşınlarının yoxlanmasına başlanılması ilə bağlı məlumat yayıb. Azərbaycan Dövlət Sərhəd Xidmətindən cavab olaraq bildirilib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində, o cümlədən Qafan -Goruş istiqamətdə Dövlət Sərhəd Xidmətinin bölmələri səlahiyyətlərinə uyğun olaraq sərhəd müdafiə və mühafizəsi fəaliyyətlərini davam etdirir.
 

Daxili İşlər Nazirliyindən Goruş-Qafan yolunda Azərbaycan polisinə aid postların qurulmasına münasibət olaraq qeyd olunub ki, işğaldan azad edilmiş bütün şəhər və rayonlarımızın ərazisində olduğu kimi Qubadlı rayonunun inzibati ərazisində də daxili işlər orqanlarının əməkdaşları öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər. Xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunub.
 
 
Sentyabrın 12-də Azərbaycan Müdafiə Nazirliyi digər ölkələrə aid nəqliyyat vasitələriin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti  Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlayıb və bildirilib ki, Azərbaycan Respublikasının razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır.
 
Bir neçə gündür Erməni mediasında İrandan gələn yük maşınlarının Azərbaycan tərəfindən ciddi yoxlanılmasına dair məlumatlar yazılır. Bildirilir ki, yoxlamalar yüklərinnədən ibarət olması, hansı şirkətə məxsus olması, kimə çatdırılması və VÖEN tələb olunur. Yük daşıyan sürücülərin bütün sənədlərinə baxılır. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol