DİN: Azərbaycanda 2 tondan çox narkotik vasitə aşkarlanıb

2021-ci ilin əvvəlindən sentyabrın 11-ə qədər ümumilikdə 2 ton 662 kiloqram narkotik vasitə, 224 kiloqram isə psixatrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.Bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə mübarizə idarəsindən Anews.az-a bildirilib.
Bu ilin avqustundan sentyabrın 1-dək 180 kiloqram marixuana, 55 qram civə, 25.04 qram metadon, 155 kiloqram heroin, 4 ton çətənə (əkin), 21 kiloqram metamfetamin, 7 kiloqram tiryək, 11 ton çətənə (yabanı), 44 ədəd ekstazi, 88 ədəd tamadol, 249 qram həşiş, 24 ədəd preqabalin narkotik və psixatrop maddələri keçirilən əməliyyatlar nəticəsində qanunsuz dövriyyədən çıxarılıb.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2020-ci ildə Azərbaycanda qeydə alınmış cinayətlərin 21 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olub. Bu da 2019-cu ilin göstəricisindən 20 faiz çoxdur.
2020-ci ildə 4 min kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə müsadirə edilib. bu da ötən 2019-cu ilin göstəricisindən 14 faiz çoxdur.
Rafiq Şahbazov

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























