Qəbələ “ASAN xidmət”də “Birlikdə yaşadaq” tədbiri təşkil olunub

13 sentyabr 2021-ci il tarixində Qəbələ regional "ASAN xidmət” mərkəzində "Birlikdə yaşadaq” tədbiri təşkil olunub.
Tədbir çərçivəsində mərkəzdə "ASAN xidmət" könüllüləri tərəfindən hazırlanmış incəsənət nümunələrinin sərgisi və satışı reallaşdırılıb.
Tədbirdə "YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, müxtəlif idarə və müəssisələrin rəhbər şəxsləri, sahibkarlar və digər qonaqlar iştirak ediblər.
Tədbirin keçirilməsinin məqsədi sərgi-satışdan toplanmış məbləğin "YAŞAT” Fonduna köçürülməklə şəhid ailələrinə və yaralananlara dəstək olmaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə "YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib