• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metropolitenindən yeni tədris iliylə bağlı RƏSMİ AÇIQLAMA

Bakı metropolitenindən yeni tədris iliylə bağlı RƏSMİ AÇIQLAMA
13.09.2021 15:38
Yeni tədris ilinin başlanması ilə əlaqədar metroda əlavə qatarların sayı artırılacaq. Bu barədə Bakı metropolitenindən anews.az-a bildirilib.
 
Məlumatda deyilir ki, yay mövsümünün başa çatması ilə bağlı sentyabrın 20-dən Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətində bir sıra dəyişikliklər ediləcək.
 
Qurumun sözçüsü deyib ki, pandemiya şəraiti davam etdiyindən hərəkət qrafiki ciddi nəzarətdə saxlanılacaq. "Nəriman Nərimanov” elektrik deposunda ehtiyat qatarlar nəzərdə tutulacaq. Müvafiq monitorinqlər müntəzəm davam etdirilərək, sərnişin sıxlığı və axın istiqamətləri, eləcə də digər məsələlər öyrəniləcək. Zərurət yarandıqda, ehtiyat qatarlar xəttə buraxılacaq.
 
"Gur saatlarda qatarlar arasında "Həzi Aslanov-28 May” sahəsində interval texniki cəhətdən mümkün həddə - 2 dəqiqəyə qədər azaldılacaq. Yaşıl və Qırmızı xətlər "28 May” stansiyasında kəsişərək birləşdiyindən, gur saatlarda qatarların intervalı "İçərişəhər” və "Dərnəgül” stansiyaları və əks istiqamətdə 4 dəqiqəyə qədər endiriləcək. Onu da əlavə edək ki, Bakı metropolitenində, ənənə üzrə, gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir",-deyə sözçü əlavə edib.

Ləman Qasımova
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol