• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda interval iki dəqiqəyə endirilir

Bakı metrosunda interval iki dəqiqəyə endirilir
13.09.2021 19:39
Yeni tədris ilinin başlanması, eləcə də, fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar sentyabr ayının 20-dən Bakı metropoliteninin sərnişindaşıma fəaliyyətində bir sıra dəyişikliklər ediləcək.

Anews.az xəbər verir ki, bu barədə metropoliten məlumat yayıb.
Bildirilib ki, Bakı metropoliteni gücləndirilmiş iş rejimi şəraitində fəaliyyətini davam etdirəcək. Bu xüsusda, qatarların hərəkət cədvəlində bir sıra dəyişikliklər edilərək, dövrün xarakterinə uyğun və texniki cəhətdən mümkün hərəkət qrafiki tətbiq olunacaq.

Gur saatlarda qatarlar arasında "Həzi Aslanov-28 May” sahəsində interval texniki cəhətdən mümkün həddə - 2 dəqiqəyə qədər azaldılacaq.
Yaşıl və Qırmızı xətlər "28 May” stansiyasında kəsişərək birləşdiyindən, gur saatlarda qatarların intervalı "İçərişəhər” və "Dərnəgül” stansiyaları və əks istiqamətdə 4 dəqiqəyə qədər endiriləcək.
Onu da əlavə edək ki, Bakı metropolitenində, ənənə üzrə, gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.

Bununla belə, pandemiya şəraiti davam etdiyindən müvafiq mümkün texniki tədbirlərin yerinə yetirilməsi, o cümlədən, hərəkət qrafiki ciddi nəzarətdə saxlanılacaq.

"Nərimanov” elektrik deposunda ehtiyat qatarlar nəzərdə tutulacaq. Müvafiq monitorinqlər müntəzəm davam etdirilərək, sərnişin sıxlığı və axın istiqamətləri, eləcə də digər məsələlər öyrəniləcək. Zərurət yarandıqda, ehtiyat qatarlar xəttə buraxılacaq.
Ümumən, metropoliten xətlərində gündəlik yoxlama-nəzarət və monitorinqlər davam etdirilməklə, dövrün xüsusiyyətlərindən irəli gələn məsələlər nəzarətdə saxlanılacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol