Səhhəti pis olan jurnalistdən ŞAD XƏBƏR

Xəbər verdiyimiz kimi, İnterAz telekanalının əməkdaşı Nizami Eyvazov qaraciyərində ciddi problemlə əlaqədar təcili əməliyyat olunmalı idi. Onun əməliyyatı üçün xeyriyyə aksiyası da başlamışdı.Artıq Səhiyyə naziri Oqtay Şirəliyev Nizaminin bütün müalicə və əməliyyatı Neftçilər Xəstəxanasında pulsuz şəkildə dövlət hesabına həyata keçirilməsi barədə göstəriş verib. ANN.Az xəbər verir ki, bununla bağlı millət vəkili Qənirə Paşayeva özünün Facebook səhifəsində məlumat verib:"Dəyərli həmkarlarımız, bilirik ki, İnterAz telekanalının əməkdaşı Nizami Eyvazovun qaraciyərində ciddi problemin yaranması və ona təcili əməliyyatın lazım olması ilə bağlı narahatlıqlarınız var və bununla bağlı jurnalist-dostlarımız xeyriyyə aksiyası da keçirmişlər. İnterAz telekanalının əməkdaşlarının və jurnalist-dostların mənə Nizami qardaşımızla bağlı məlumat və müraciət edən kimi bu məsələ ilə bağlı Səhiyyə nazirliyimizlə danışdım. Sizə şad xəbər verim ki, Səhiyyə naziri Oqtay Şirəliyev artıq bu barədə göstəriş və Nizami qardaşımızın bütün müalicə və əməliyyatı Neftçilər Xəstəxanasında pulsuz şəkildə dövlət hesabına gerçəkləşəcək. Bir az əvvəl Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovla danışdım və o bildirdi ki, bu dəqiqələrdə Nizami qardaşımız Neftçilər Xəstəxanasına köçürüləcək və cənab nazirin göstərişi ilə onun tam sağalması üçün hər şey dövlət hesabına həyata keçiriləcək. İnşallah Nizami qardaşımız qısa zamanda öz sağlamlığına qovuşar. Dualarımızı əksik etməyək".ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























