Rüstəm İbrahimbəyovun obyektini sökdülər

“Mingəçevirdəki obyektimizi “Azenko” şirkəti qanunsuz olaraq sökür. Hələ ki, məhkəmə gedir. Ümid edirik ki, məhkəmə ədalətli qərar qəbul edəcək. Bizim obyekt qanunsuz olaraq sökülüb”.
Bunu Modern. az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov bildirib.Qeyd edək ki, ittifaqın sədri Rüstəm İbrahimbəyovun son siyasi proseslərdə aktiv iştirakı rəhbəri olduğu sənət qurumuna da mənfi təsirini göstərib. Hələ də dövlət orqanlarının boykotuna məruz qaldıqlarını bildirən katib üstəlik Mingəçevirdə yerləşən və onlara məxsus olan yaradıcılıq evini “Azenco” şirkətinin qanunsuz şəkildə sökdüyünü də vurğulayıb. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























