Bakıda polkovnik-leytenant qəzaya düşdü

Bakıda yüksək rütbəli hərbçini maşın vurub.
Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 3-cü mikrorayon dairəsində qeydə alınıb. “Mercedes” markalı maşın yolu keçmək istəyən piyada, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub. Piyada ağır vəziyyətdə hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























