• $
  • €
  • ₽
  • ₺
  • £

Narkotik satan daha 40 nəfər tutuldu

Narkotik satan daha 40 nəfər tutuldu
14.09.2021 14:33
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində rayonun Hövsan, Qaraçuxur, Əmircan, Bülbülə, Yeni Suraxanı və Yeni Günəşli qəsəbələrində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 40 nəfər saxlanılıb, həmin ərazilərdə narkotik vasitələrin qəbul edildiyi "tiryəkxana”lar müəyyən edilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə Əmircan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Elxan Gözəlov və qardaşı Etibar saxlanılıb. Onların üzərinə və qəsəbə ərazisində yaşadıqları evə baxış zamanı ümumi çəkisi 1 kiloqram 21 qram olan heroin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində əsasən Əmircan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.
 
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri daha bir əməliyyat zamanı Hövsan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Nəvai Sadıqov da saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan və evinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 600 qrama yaxıb heroin və 1 ədəd elektron tərəzi aşkar edilib.
 
Həyata keçirilən növbəti əməliyyat zamanı Hövsan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Qalib Nəsirov, Tərlan Rəhimov, Bəhruz Bağırov, Nicat Əhmədov,Nurlan Rəhimov, Ramin Yüzbəyov, Vasif Bayramlı, Şaiq Kərimli, Böyükağa Hüseynov, Meybulla İsrafilov, Elçin Nəbiyev, Faiddin Yüzbəyov və Adil Nurullayev də saxlanılaraq ərazi üzrə 30-cu Polis Şöbəsinə gətiriliblər. Bu şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib.
 
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 7 nəfər saxlanılıb. Əməliyyat nəticəsində paytaxt sakinləri Orxan Mehdiyev, Kamran Şərifli, Seyran Rəhimov, Elşən Mirzəzadə, Valeh Mövsümov, Elvin Həsənov və Ruslan Şükürov tutulublar. Onların da üzərindən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
 
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 17 nəfər saxlanılıb. Əməliyyatlar nəticəsində Əkbər Rəhimov, Elman Burcəliyev, qohumu Elnur Burcəliyev, Ruslan Fərəcov, Ramil Əsgərov, Ziyad Babayev, Mehman Bəydəmirov, Vaqif Əsədzadə, Rafiq Quliyev, Kamran Həmidov, Arif Muradov, Aytən Şıxheybətova, Əkrəm Əliyev, Rəşad Mürvətov, Davud Qəzənfərov, Sübhan Hüseynzadə və Elçin Seyfullayev tutulublar. Onların da üzərindən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
 
Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı Suraxanı rayonunda ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
 
Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb.
 
Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Suraxanı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol