• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Gorus-Qafan yolunda İran avtobuslarını da yoxlayır

Azərbaycan Gorus-Qafan yolunda İran avtobuslarını da yoxlayır
14.09.2021 15:16
Gorus-Qafan dövlətlərarası yolunda Azərbaycanın polis və gömrük işçiləri İrandan gələn təkcə yük maşınları yox, avtobusları da yoxlamağa başlayıb. Bu barədə Ermənistanın Aysor.am nəşri Goris merinin müavini Karo Köçəryana istinadən məlumat yayıb.

O qeyd edib ki, polis postunun yaxınlığında əhəmiyyətli qüvvələr cəmləşib.

"Azərbaycanlılar erməni maşınlarını saxlamasalar da, dayanmağa da icazə vermirlər. Bizim maşınları buraxırlar və İran nömrələri olan avtomobilləri yoxlamağa başlayırlar ", - Köçəryan əlavə edib.

Gorus-Qafan yolunun 20 km-dən çoxu Azərbaycan ərazisindən keçir (Qubadlı rayonunun Eyvazlı kəndi). Məhz bu ərazidə Daxili İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinin xüsusi bölmələri yerləşdirilib.


Nəqliyyat vasitələrinin yoxlanılması çoxsaylı İran yük maşınlarının Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasına qanunsuz daxil olmağa başlamasından sonra başlayıb. Onların marşrutu Gorus-Qafan magistral yolundan keçir.

Sentyabrın 12-dən etibarən Azərbaycan gömrükçüləri ölkə ərazisindən keçən İran avtomobillərindən dövlət rüsumu almağa başlayıb. (viirtualaz.org)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol