Rəqəmsal transformasiya üzrə Yol Xəritəsi imzalandı

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən Anews.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanın rəqəmsal transformasiya konsepsiyasının həyata keçirilməsi, kibertəhlükəsizlik, fərdi məlumatların mühafizəsi, "Hökumət buludu” və digər məsələlər üzrə gələcək əməkdaşlıqla əlaqədar müzakirələr aparılıb.
Yol Xəritəsi əsasında əməkdaşlığın əsas məqsədlərini rəqəmsal transformasiya sahəsində siyasətin formalaşdırılması və həyata keçirilməsi ilə yanaşı, insan resurslarının inkişafı təşkil edir.
Xatırladaq ki, sözügedən İşçi qrupunun yaradılması məsələsi 2021-ci ilin fevral ayında Türkiyədə keçirilmiş görüşdə tərəflər arasında razılaşdırılıb. Sonrakı görüşlər zamanı əməkdaşlıq üzrə əsas istiqamətlər müəyyən edilərək Yol Xəritəsinin hazırlanmasına dair razılığa gəlinib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























