• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid komandirin əsgəri Ali Baş Komandana təşəkkür etdi

Şəhid komandirin əsgəri Ali Baş Komandana təşəkkür etdi
15.09.2021 10:08
Bir neçə ay əvvəl saytımızda "Mərhum polkovnik-leytenantın 8 yaşlı qızı Prezidentə müraciət etdi" sərlövhəli yazı yayımlanmışdı. Yazı 1981-ci ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olan, Silahlı Qüvvələrin Polkovnik-leytenantı Miriyev Telman Mirbaba oğluna şəhidlik statusunun verilməməsi ilə bağlı idi. Şəhidin 10 yaşlı qızı Zeynəb Miriyeva Prezidentə müraciət edərək, atasının şəhid kimi tanınmasını xahiş edirdi. Xüsusi Təyinatlı Qüvvələrin zabiti olan Telman Miriyev 2016-ci il oktyabrın 27-də hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində faciəvi şəkildə həlak olub.

Mərhum polkovnik-leytenantla bağlı növbəti xəbərimiz var. Belə ki, Prezident İlham Əliyev onun övladının çağırışına biganə qalmayıb. Telman Miriyevə şəhidlik statusu verilib. Bu barədə mərhum komandirin əsgəri olmuş Elnur Ağayev məlumat verib.

"Komandirimin anası Xanımgül xanım ilə tez-tez əlaqə saxlayıram. Onun mənə verdiyi son məlumat, "Telmana şəhidlik statusu verildi" xəbəri oldu. Şəhidin anasının, həmçinin öz adımdan Prezidentə və Birinci vitse-prezidentə təşəkkür edirəm", - deyə E.Ağayev bildirib. (dominant.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol