“Çörəyin qiymətini qaldıran sahibkarları qınamıram“ - Ekspert

Azərbaycanda bu gündən çörəyin qiymətində artım müşahidə olunub. Bu artım, konkret olaraq iki firmanın məhsullarında özünü göstərib: "Çörəkçi” və "Nömrə 1”. Qiymət artımı çörək növlərindən asılı olaraq, 5-10 qəpik civarındadır.
Sosial şəbəkələrdə də çörəyin qiymətindəki artım müzakirə mövzusuna çevrilib və bu artım birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı açıqlama verən iqtisadi ekspert Elmir Səfərli qeyd edib ki, təkcə çörəyin yox, son bir ildə bir çox ərzaqların qiymətlərində bahalaşma baş verib:
"İlk növbədə, bu artım daşınma xərclərinin və maya dəyərinə təsir edən əsas istehsal xərclərinin artmasına görədir. İstər dövlət, istərsə də özəl sektorda bu qiymətlər qaldırılsa belə, bu artım başa düşülən haldır. Çünki yanacağın qiymətinin son 1 ildə bir neçə dəfə artması, eyni şəkildə digər istehsal xərclərinə, maya dəyərinə təsir edir”.
Ekspert qeyd edib ki, bu artımdan sui-istifadə edən sahibkarlar da var ki, təkcə çörək yox, digər ərzaq məhsullarında, xüsusən də tütün məhsullarında qiymətləri süni olaraq artırırlar:
"Fikrimcə, dövlət nəzarəti xüsusi olaraq gücləndirilməlidir. Müəyyən stratejik əhəmiyyətli məhsullar var ki, onların istehsalına dövlətin dəstəyi olmalıdır. Çünki əhalinin ən çox istifadə etdiyi gündəlik ərzaq məhsullarıdır”.
Elmir Səfərli vurğulayıb ki, sentyabrın 14-dən bəri benzinin qiymətinin qalxması ilə bağlı yayılan xəbərlər normal olaraq çörəyin qiymətində 10 qəpik dəyişiklik edib:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























