• $
  • €
  • ₽
  • ₺
  • £

“Topaz”da pul uduzan şəxs sələmçini bıçaqlayıb

“Topaz”da pul uduzan şəxs sələmçini bıçaqlayıb
15.09.2021 13:07
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən T.Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub.

İttihama görə, hadisə bu il martın 29-u saat 14:30 radələrində paytaxtın "Bolşoy Prazdnik” adlı mağazanın yaxınlığında baş verib.

Belə ki, T.Quliyev zərərçəkmiş İ.Manaflı ilə aralarında olan borc pulun ödənilməsi ilə bağlı mübahisə edib. Daha sonra o, mətbəx bıçağı ilə İ.Manaflının döş qəfəsinə və qarın nahiyyəsinə bir neçə zərbə vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

T.Quliyevin barəsində Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə ona ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən T.Quliyev özünü tam təqsirli bildiyini söyləyib.

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə yüksək balla daxil olub. Ali təhsil aldıqdan sonra müxtəlif dövlət orqanlarında işləyib. Sonradan "Topaz” mərc oyununa böyük marağı olub və çoxlu məbləğdə borcu yaranıb.

"Topaz” mərc oyunundan yaranan asılılığına görə T.Quliyev sonuncu iş yeri olan Dövlət Əmlak Komitəsində tutduğu vəzifədən azad edilib. Bütün bunlar onda psixi pozuntulara səbəb olub və bununla bağlı olaraq o, 2 dəfə ruhi əsəb xəstəxanasında stasionar qaydada müalicə alıb. Bundan sonra T.Quliyevin sinir sistemi pozulub və o, özünə qapanıb. Tanışları və ailə üzvləri T.Quliyevin "Topaz” mərc oyunundan asılılığına görə artıq ona pul verməyiblər. Buna görə də T.Quliyev mərc oyunu oynamaq üçün İ.Manaflıdan bir neçə dəfə sələmə pul götürüb və faizi ilə geri qaytarıb.

Cinayət işinin materiallarında qeyd edilib ki, T.Quliyev sonuncu dəfə 1 000 manat pulu İ.Manaflının istəyinə uyğun olaraq, sonuncu ilə onu tanış edən Alı adlı şəxsə verib. Həmin vaxt İ.Manaflı verdiyi pulları onun sələmə aldığı pulun faizinə çıxdığını və 1 700 manat borcu qaldığını bildirib. T.Quliyev İ.Manaflıdan 29 mart 2021-ci il tarixinə qədər ona vaxt verməsini xahiş edib. İ.Manaflı da ona 1 700 manat pula görə günə 20% olmaq şərti ilə 3 100 manat pul alacağını deyib.

Martın 29-u saat 10:00 radələrində o, İ.Manaflıya mesaj yazaraq, aldığı pulu tapa bilmədiyini, ona vaxt verməsini xahiş edib. Bundan sonra İ.Manaflı T.Quliyevlə əlaqə saxlayaraq, şəxsiyyətini alçaldıcı ifadələr işlədib, yaşadığı ünvana gələcəyini deyib. Sələmə pul verən şəxs ona ailəsi ilə əlaqədar olaraq, müəyyən hədə-qorxu gəlməyə başlayıb.

Bundan sonra T.Quliyev İ.Manaflıdan özünün əvvəllər işlədiyi Dövlət Əmlak Komitəsinin yaxınlığına gəlməsini istəyib. Görüş zamanı o, üzərində gətirdiyi bıçaqla İ.Manaflıya bir neçə zərbə endirib. Bu zaman yaxınlıqda olan polis əməkdaşları onlara yaxınlaşaraq, T.Quliyevi 37-ci Polis Şöbəsinə aparıblar.

Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirib ki, o, törətdiyi əməldən peşmandır və zərərçəkmişlə barışıb. T.Quliyev ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol