• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkədə ən çox hansı qurumlardan şikayət olunur - SİYAHI

Ölkədə ən çox hansı qurumlardan şikayət olunur - SİYAHI
15.09.2021 15:36
2 iyun 2021-ci il fəaliyyətə başlayan Onlayn İctimai Nəzarət Platformasına 2 ay 13 gün ərzində 201 şikayət üzrə müraciət daxil olub. Bu müraciətlərdən 80-i həllini tapıb, 89-u həll olunmayıb, 32-nin isə həll olunması nəzərdə tutulub. Bu barədə anews.az-a Onlayn İctimai Nəzarət Platformasından məlumat verilib. 
 
Platformaya ən çox " Azərsu " ASC -dən şikayət olunub və həmin şikayətlər üzrə 23 müraciət öz həllini tapıb. Daha sonra Bakı Nəqliyyat Agentliyi 8 , Bakı ŞİH ("Lifttəmir” İstehsalat Birliyi, "Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsi, "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi, Yaşıllaşdırma Təsərrüfatı Birliyi) 7, Azərişıq 3 ,Yasamal və Gəncə icra hakimiyəti 3, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi 3, Nizami, Sabunçu, Xəzər, Xətai, Mingəçevir icra hakimiyyəti üzrə 2 müraciət, .Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2, Sumqayt, Zaqata icra hakimiyyəti 1, Abşeron və Ağdaş icra hakimiyyəti üzrə 1 müraciət həllini tapıb. Digər məsələlər üzrə müraciətlər hazırda aiddiyatı üzrə qurumlara yönləndirilib. 

Onlayn İctimai Nəzarət Platforması ictimai narahatlıq doğuran məsələlər ilə bağlı video və fotoşəkillər daxil olmaqla vətəndaşlardan məlumat almağa və dövlət qurumlarının bu narahatlıqları həll etməsinə imkan verməyə yönəlmiş USAID tərəfindən maliyyələşdirilən Şəffaflıq naminə vətəndaş cəmiyyəti (ECSOFT) layihəsinin vacib funksiyasıdır. Boru sızması, məişət tullantılarının daşınmaması, yolun səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemlərlə bağlı hallarda vətəndaşlar e-nəzarət komandasını WhatsApp (055 4502013) və ya internet saytı (www.enezaret.az) vasitəsilə məlumatlandırır və platformanın vəkilləri işi həll etmək üçün müvafiq tədbirlər görür.
 
Platforma aşağıda qeyd olunan problemlər və həmin problemlərin həll etmə səlahiyyəti olan qurumlarüzrə fəaliyyət göstərir:
 
Boru sızması (Su, qaz, kanalizasiya) - " Azərsu " ASC, " Azəriqaz " İstehsalat Birliyi


Tullantıların idarə olunması - Kommunal Müəssisələr Kombinatı(KMK), mənzil kommunal təsərrüfatı birlikləri(MKTB), yerli icra hakimiyyətləri


İcma üçün təhlükəli olan və tərk edilmiş əşyalar - Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi(FHN)


Yol örtüyü problemi - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi(AAY) ( Problem Bakı şəhərində olarsa )
Yerli icra hakimiyyətləri ( Problem digər rayonlarda olarsa )


Açıq transformatorlar və elektrik naqilləri ilə bağlı problemlər-" Azərişıq " ASC


Aşmış ağaclar- Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi 


Açıq lyuklar-Azərsu ASC, Avtomobil Yolları Dövlət Agentliyi (AAY), Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi


Qeyri-sosial davranış-Daxili İşlər Nazirliyi
 
Heyvanlara qarşı qəddarlıq-Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi
 
Parklanma qaydalarının pozulması-Baş Dövlət Yol Polisi İdarəsi (DYPİ), Bakı Nəqliyyat Agentliyi (BNA)
 
Məktəbdə uşaqlara qarşı zorakılıq-Təhsil Nazirliyi; Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsi
 
İctimai yerlərdə xarab olmuş işıqlandırma-Yerli icra hakimiyyətləri, " Azərişıq " ASC, Mədəniyyət Nazirliyi
 
İctimai yerlərdə vandalizm-Daxili İşlər Nazirliyi
 
Yol nişanının olmaması / zədələnməsi-Bakı Nəqliyyat Agentliyi (BNA), Baş Dövlət Yol Polisi İdarəsi (DYPİ), Nazirlər Kabineti, Dövlət Turizm Agentliyi
 
Əlillər üçün pandus problemləri-Bakı Nəqliyyat Agentliyi (BNA)
 
Liftlərlə bağlı problemlər-"Lifttəmir" İstehsalat Birliyi, icra hakimiyyətləri


Həşaratlar və siçovullarla bağlı problemlər-Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi (problem əkin sahələrində olarsa)
 
Yiyəsiz və ya vəhşi heyvanlarla bağlı problemlər (it, ilan, ayı, canavar və s.)- Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi
 
Ağacların qanunsuz kəsilməsi-Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi


Onlayn İctimai Nəzarət Platforması USAID-in maliyyələşdirdiyi ECSOFT fəaliyyəti çərçivəsində Açıq Hökumət Milli Platforması ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən pilot layihədir.
 
Gülnar Nazimqızı
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol