• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il 3 tona yaxın narkotik dövriyyədən çıxarılıb

Bu il 3 tona yaxın narkotik dövriyyədən çıxarılıb
15.09.2021 20:30
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə əlaqədar daxili işlər orqanları tərəfindən genişmiqyaslı əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 
DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satış üzrə 2021-ci ilin 8 ay 14 günü ərzində respublika ərazisində 6020 fakt aşkar olunub. Onlardan 2094 satış, 3493 saxlama, 375 əkin, 58 digər hallar təşkil edib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən 2 ton 636 kq narkotik vasitə (marixuana, heroin, tiryək, həşiş və s.), 224 kq-dan artıq psixotrop maddə (metamfetamin, MDMA-ekstazi, mefedron), prekursorlar üzrə güclü təsir edən maddələr 9 kq artıq, 104 qram müxtəlif kimyəvi tərkibli zəhərli maddə, 52 ton çətənə kolu, əkin-kultivasiya, 168 tondan artıq yabanı halda bitən çətənə və xaş-xaş qanunsuz dövriyyədən çıxarılıb.
 
Respublikamızda cari ilin 8 sayı ərzində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli 3611 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların hər biri barəsində cinayət-prosessual məcburiyyət tədbirlərinə uyğun olaraq, həbs, başqa yerə getməmək barədə iltizam, polisin nəzarəti altına vermə və digər qətimkan tədbirləri seçilib.
 
DİN tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayət-hüquq, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, şübhəli bilinən, saxlanılan, tutulan və təqsirləndirilən şəxslər ətrafında aparılan istintaq hərəkətləri ədalətlilik prinsipi əsasında diqqətdə saxlanılır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol