Qarabağın dirçəlişi üçün ianə etmək mexanizmi asanlaşdırılıb

"8112” qısa nömrəsinə SMS göndərməklə Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı yaradııb.
Fonddan verilən məlumata görə, artıq bütün mobil operator istifadəçiləri (Azercell, Bakcell və Nar) "8112” qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə edə bilər.
SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, Fonda 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN dəyərində ianə etmək mümkündür.
SMS-si göndərdikdən dərhal sonra vətəndaşa ödənişin statusu ilə bağlı müvafiq cavab mətni göndərilir.
Hər hansı bir səbəbdən əməliyyatın uğursuz olması ilə bağlı cavab gələrsə abunəçi əlavə məlumat almaq üçün https://qdf.gov.az/iane-et/sms-telimat səhifəsinə keçid edə bilər. Həmin səhifədə uğursuz əməliyyatlarla bağlı ətraflı məlumat əks olunub.
SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























