• $
  • €
  • ₽
  • ₺
  • £

Qazi: "Qarabağa yarımçıq qalmış sözümüzü yerinə yetirməyə getdik"

Qazi: "Qarabağa yarımçıq qalmış sözümüzü yerinə yetirməyə getdik"
15.09.2021 18:30
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə videoçarxlar hazırlamağa davam edir.

Anews.az xəbər verir ki, Vətən həsrəti bitən həmvətənlərimiz, xüsusən, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz sərkərdəliyi və siyasi-diplomatik fəaliyyəti nəticəsində işğalçı Ermənistanın döyüşsüz tərk etməyə məcbur olduğu Ağdam, Kəlbəcər və Laçın və ərazisi işğaldan azad olunmuş digər rayonların sakinləri möhtəşəm Zəfər haqqında fikir və düşüncələrini, Qələbə duyğularını bölüşürlər.

Növbəti videoçarxlarda Laçın rayonundan Fəxrəddin Paşayev, Füzuli rayonundan, qazi Adil Quliyev və bir neçə gün öncə Şuşa şəhərinə səfər edən sakinlərin fikirləri yer alıb.

F.Paşayev bildirib ki, Laçın, Kəlbəcər və Ağdamın bir güllə atılmadan azad olunması Azərbaycanın strateji gücünün göstəricisidir: "Bu, xalqın iqtidarla birliyinin təcəssümüdür. Laçın azad olunan gün səhərə qədər gözümə yuxu getməyib. Ancaq o yerlərə gedəcəyim günün xəyalını qururdum".

I və II Qarabağ müharibəsinin qazisi Adil Quliyevin sözlərinə görə, Vətən müharibəsinin ilk günündə vətənin müadafiəsinə qalxmaq üçün könüllü şəkilə müraciət edib: "Qarabağa yarımçıq qalmış sözümüzü yerinə yetirməyə getdik. Kəndimizə çatanda az qalsın həyəcandan ürəyim dayanacaqdı. Bu güc erməni işğalçılarını ağ bayraq qaldırmağa məcbur etdi".

Videolayihə əsasında çəkilişlər davam etdirilir.
 



 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol