• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı tamam dəyişiləcək - VİDEO

Bakı tamam dəyişiləcək - VİDEO
18.05.2014 17:30

Yaxın illər ərzində Bakının hansı görnüşdə olması hər birimiz üçün marqlıdır.

Baş plan Bakını başdan-ayağa dəyişəcək. Uzun müddətdir ki, haqqında danışılan “Böyük Bakının Regional İnkişaf Planı” təsdiqlənəndən sonra, paytaxtda 2030-cu ilədək bir sıra dəyişikliklər gözlənilir. İlk növbədə, qeyri-bərabər sıxlığın aradan qaldırılması üçün əlavə mərkəzlərin yaradılması planlaşdırılır. 282 min hektarlıq ərazini əhatə edəcək paytaxtın 5 inzibati ölçü vahidinə, yəni rayonlara bölünməsi təklif olunur. Bura mərkəzi Bakı, ətraf, şimal-şərq və cənub sahili rayonları daxildir. 

Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatovun sözlərinə görə, nəzərdə tuturlub ki, mərkəzin yükü azaldılacaq: 

“Ticarət və sənaye obyektləri, əyləncə mərkəzləri, iaşə obyektləri, ətraf ərazilərdə olsun. Ona görə də mərkəzdən bəzi binalar ətrafa köçürüləcək”. 

Paytaxtda əhalinin sayı 2011-ci ilin statistikasına əsasən, 2,6 milyon nəfərdir ki, 2030-cu ildə bu rəqəm 3,850 000 olacaq. Bunun müqabilində 15 ildən sonra mənzillərə də tələbat artacaq ki, indikinə nisbətən 300 mindən artıq yeni mənzilin tikintisi planlaşdırılır. Statistikanın dəyişilməsi özünü məktəbəqədər təhsil müəssisələri, orta məktəblər, xəstəxanaların sayının artmasında da özünü göstərəcək.

Yeni Baş plana əsasən, “Xutor”, “Kubinka”, şəhərin mərkəzindəki “Beşmərtəbə” adlanan zona və “20-ci sahə”də pərakəndə tikililərin olduğu ərazilər böyük söküntüyə məruz qalacaq. Söküntü işləri hələlik “Sovetski” adlanan ərazidə aparılır. Burada şəhərin yaşıl ağ ciyərləri sayılacaq, əsl təbii park salınması nəzərdə tutulur. Park özündə kəsişən avtomobil yollarından uzaq yaşıl zona yaratmağı nəzərdə tutur. Bu da şəhərin yeraltı və yerüstü hissələri arasında əlaqəni təmin edən yeraltı yol şəbəkəsi sayəsində mümkün olacaq.

“Sovetski”də heç bir hündürmərtəbəli bina inşa edilməyəcək. Layihənin strategiyasında ərazidə mövcüd olan tarixi tikililər qorunub saxlanılacaq. Həmçinin, Təzəpir məscidini, hətta uzaqdan belə, görmək mümkün olacaq. 

“Böyük Bakının Regional İnkişaf Planı”na əsasən, “Qara şəhər” adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və boşaldılmış ərazinin məskunlaşma üçün mənimsənilməsi də nəzərdə tutulur. Bununla yanaşı, “Bakı Ağ şəhər” bulvarının salınması istiqamətində də işlər aparılır. “Bakı Ağ şəhər” ölçülərinə görə Monakodan böyük və “İçərişəhər”in ərazisindən 11 dəfə artıq olan 221 hektar ərazini əhatə edəcək və bu məkanı Qafqaz regionunun ən iri layihəsinə çevirəcək. 

İlin sonuna qədər o, istiqamətdə əlavə 2 kilometr bulvar, avtomobil yolu, ictimai yerlər, parklar salınacaq. Bulvarın uzunluğu “Ağ şəhər”dən Bibiheybətə qədər uzanacaq. 

Şəhərin yükünün azaldılması məqsədilə ali təhsil müəssisələrinin mərkəzdən kənara köçürülməsi, magistral yol xətlərinin salınması və yolların genişləndirilməsilə bağlı tədbirlər həyata keçiriləcək.

ANS PRESS

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol