• $
  • €
  • ₽
  • ₺
  • £

Hökumət Tural Abbaslıya 4 min avro təzminat ödəyəcək

Hökumət Tural Abbaslıya 4 min avro təzminat ödəyəcək
16.09.2021 14:45
Sentyabrın 16-da Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş şikayətlər üzrə 1 qərarını elan edib.

Anews.az xəbər verir ki, bu barədə hüquqşünas Xalid Ağalı bildirib.

Onun sözlərinə görə, AHİM Azərbaycana qarşı baxılacaq şikayətlərin siyahısından Tural Feyruz oğlu Abbaslının işi üzrə ərizənin çıxarılmasına qərar verib.

"Tural Abbaslının Azərbaycana qarşı işi ərizəçinin inzibati qaydada cəzalandırlması ilə bağlı idi. Ərizəçi 2012-ci ildə daha əvvəlki inzibati tənbeh tədbirinə əməl etmədiyinə görə, inzibati qaydada daha sərt cəzalandırılmışdı – ona 15 sutka həbs cəzası verilmişdi. Ərizəçi barəsindəki məhkəmə prosedurlarının ədalətsizliyindən şikayət edirdi, Konvensiyanın 6-cı maddəsinə söykənərək, iddia edirdi ki, istədiyi vəkilə çatımının təmin edilməməsi, barəsindəki məhkəmə qərarlarının əsaslandırlmaması ilə ədalətli məhkəmə araşdırması hüququna müdaxilə baş verib”.

Hüquqşünas deyib ki, ərizənin araşdırılması zamanı tərəflər AİHM-ə dostca anlaşma ilə bağlı bəyannamələr təqdim ediblər.

"Bəyannamələrə əsasən, ərizəçi şikayətlərindən geri çəkilir, hökumət isə 3 ay ərzində ərizəçiyə 4 min avro mənəvi zərər əvəzi, vəkillərinə isə 500 avro xərc və məsrəf əvəzi ödəyəcək. Məhkəmə həmin bəyannamələri nəzərə alaraq, ərizəni baxılacaq işlərin siyahısından çıxarıb”.

Tural Abbaslı Azərbaycanda fəaliyyət göstərən Ağ Partiyanın sədridir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol