• $
  • €
  • ₽
  • ₺
  • £

"Lotu Quli"nin taclandırdığı “qanuni oğru” həbs edildi - FOTO

"Lotu Quli"nin taclandırdığı “qanuni oğru” həbs edildi - FOTO
16.09.2021 17:21
Azərbaycanlı "qanuni oğru” Taleh Dağlıyev (Tolik Noqinski) Rusiya Federasiyasının subyekti Stavropol diyarının Mineralnıe Vodı şəhərində saxlanılıb. 


xəbər verir ki, "qanuni oğru”nun üzərindən narkotik maddə olan heroin aşkar edilib. Taleh Dağlıyevin barəsində Rusiya Cinayət Məcəlləsinin 228.2-ci (külli miqdarda narkotin maddənin qanunsuz saxlanılması) maddəsilə cinayət işi başlanıb. 


Dindirmə zamanı Taleh Dağlıyev bildirib ki, o, Mineralnıye Vodı şəhərinə müalicə məqsədilə gəlib. 


Taleh Dağlıyev 24 noyabr 1983-cü ildə Bakının Maştağa qəsəbəsində anadan olub. O, bu həbsə qədər iki dəfə məhkumluq həyatı yaşayıb. Taleh Dağlıyev ilk dəfə 2015-ci ildə qanunsuz silah gəzdirməyə mühakimə olunaraq 1 il müddətinə azadlıqdan məhrum edilib. İkinci dəfə isə 2017-ci ildə narkotik ittihamı ilə 1 il şərti cəza alıb. 


Taleh Dağlıyev 2014-cü ildə Türkiyədə "qanuni oğru” adına layiq görülüb. Onun taclandırıldığı "sxodka”da Nadir Səlifov (Lotu Quli), Namiq Səlifov (Namiq Bakinski), Andrey Torkunov (Turok) və Oleq Piroqov (Tcirkaç) kimi nüfuzlu "qanuni oğru”lar iştirak edib.


Taleh Dağlıyev "qanuni oğru” statusu aldıqdan 1 il sonra rus əsilli "qanuni oğru” Vladislav Qraçevlə (Şarap) konfliktdə olub. Bu konfliktin nəticəsi Şarapın kriminal dünyanın ali statusundan məhrum edilməsi ilə nəticələnib. 2017-ci ildə isə "Moskovskaya Tişina” həbsxanasında Taleh Dağlıyevlə Sergey Asatryan (Osetrina Mladşiy) arasında münaqişə yaranıb. Azərbaycanlı "qanuni oğru” bu konfliktdən də qalib ayrılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol