84 Azərbaycan vətəndaşı xaricdə doktorantura təhsili alır

84 Azərbaycan vətəndaşı xaricdə doktorantura təhsili alır. Bunu 2019-2023 Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova "Media və təhsil dialoqu" təlimində" 2019-2023 Dövlət Proqramı" üzrə xaricdə doktorantura təhsili mövzusunda çıxışında bildirib.
Həmin şəxslərin təhsili 43 xarici ali təhsil müəssisəsində 6 prioritet ixtisas istiqamətində həyata keçirilir.
"2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir.
Proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub.
Müraciət üçün tələb olunan sənədlərin siyahısı aşağıdakı kimidir:
- Dünyanın top 500 universitetindən birindən prioritet ixtisas istiqaməti üzrə qəbul sənədi;
- Yerli ali təhsil müəssisəsindən razılıq məktubu;
- Tədqiqat işi (Azərbaycan dilində və 2000 sözdən az olmayaraq);
- Diplom(lar) və əlavəsi(ləri);
- Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd;
- Tövsiyə məktubları (2 ədəd);
- Sağlamlıq haqqında arayış (AZS – 086/1);
- Elmi məqalələrin surəti (mövcud olduğu halda);
- CV
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























