Bölgələrdə "Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsi keçiriləcək

2021-2022-ci tədris ilində "Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsi üzrə 45 yeni sinif təşkil edilib. Siniflərin sayı paytaxt və bölgələr daxil olmaqla 80 məktəbdə 124-ə qədər artırılıb. Bunu Peşə Təhsili üzrə Dövlət Peşə Agentliyinin direktor müavini Ceyhun Kərəmov "Media və təhsil dialoqu" təlimində çıxışında bildirib.
Peşə təmayyüllü siniflər 2019-2020-ci tədris ilində 14 şəhər və rayonda ümumilikdə 20 məktəbdə 420 şagirdlə fəaliyyətə başlamışdır.
Layihənin əsas məqsədi ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir. 2020-2021-ci tədris ilində "Peşə təmayüllü siniflərin təşkili” layihəsi paytaxt və bölgələrdə 35 məktəbdə 55 sinif olmaqla 1187 şagirdi əhatə edib.
Cari ildə həmçinin 35 ümumi təhsil müəssisəsində 700 şagird üçün "Sürücülük” modulunun və STEAM (Science, Technology, Engineering, Art və Math) metodologiyasının tətbiqi nəzərdə tutulur.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























