• $
  • €
  • ₽
  • ₺
  • £

112 baş xırdabuynuzlu heyvanı oğurlayanlar saxlanıldı

112 baş xırdabuynuzlu heyvanı oğurlayanlar saxlanıldı
17.09.2021 18:30
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində fermalardan xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Anews.az-a verilən məlumata görə, rayonun Şəhriyar və Sabir qəsəbələrində, eləcə də şəhər ərazisində yerləşən fermalardan ümumi dəyəri 32 min manatdan artıq olan 112 baş xırdabuynuzlu heyvanların oğurlanması ilə bağlı polis şöbəsinə müraciətlər daxil olub.


Daxil olmuş müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxslər, Laçın rayon sakini Elvin Mustafayev, Şamaxı rayon sakinləri- Musa Şirinov, Adəm Abdullayev və Babək Bəyalıyev müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar.


Araşdırma zamanı həmin şəxslərin oğurladıqları heyvanları Salyan və Ağdaş rayonlarındakı mal-heyvan bazarlarda satdıqları məlum olub. Onlar ifadələrində əldə etdikləri pulu öz aralarında böldüklərini və Bakı şəhərinə gedərək öz əyləncələrinə xərclədiklərini bildiriblər.


Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol