Universiteti bitirən şəxslər Bakıda Koreya sistemli peşə məktəbinə müraciət edir

Bakıda Koreya təhsil standartları əsasında peşə məktəbindəki şəxslərin 10 faizi universiteti bitirib müraciət edib.Bunu peşə Təhsili üzrə Dövlət Peşə Agentliyinin direktor müavini Ceyhun Kərəmov "Media və təhsil dialoqu" təlimində çıxışında bildirib.
Mərkəz Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Qlobal sənaye ehtiyaclarına cavab verə biləcək, rəqabətqabiliyyətli kadr hazırlığına istiqamətlənən mərkəz ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başlayıb.
Burada 8 texniki isttiqamət üzrə- mexanika, avtomobil, sənayedə quraşdırılma, elektronika, inşaat, elektrotexnika, avtomatika və informasiya kommunikasiya texnologiyaları üzrə kadrlar hazırlanır. Həmin 8 texniki istiqamətlər üzrə tədris vəsaitləri və proqramları hazırlanıb və tələbələrin ixtiyarına verilib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























