Taksi ilə gediş haqqına 10% endirim!

Ölkəmizdə nağdsız ödəniş ənənələrinin inkişafına dəstək verən və nəqliyyat sistemində də nağdsız ödənişlərə şərait yaradan ABB bu məqsədlə növbəti yeniliyi təqdim edib. Baku Taksi Xidmətinin London taksilərində ABB-nin yerləşdirdiyi POS terminallarda istənilən Visa kartı ilə ödəniş zamanı gediş haqqına dərhal 10% endirim tətbiq olunur.
Baku Taksi Xidmətinin taksilərindən istifadə zamanı sərnişin gediş haqqını Visa kartı ilə yanaşı, ödəniş üzüyü, NFC sistemini dəstəkləyən mobil telefonu və ya Garmin saatı ilə rahatlıqla ödəyə bilər, endirim bu vasitələrə də aiddir. Sərnişin 10% endirimi ABB-nin Baku Taksi Xidmətinin London taksilərində quraşdırılmış məsafədən idarə olunan POS terminalları vasitəsilə ödədikdə qazanır.
Bankın təqdim etdiyi Visa kartlarının siyahısı ilə buradan tanış olmaq mümkündür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























