• $
  • €
  • ₽
  • ₺
  • £

“Yaralanmışam, pensiya ala bilmirəm” - Müharibədə iştirak edən futbolçu

“Yaralanmışam, pensiya ala bilmirəm” - Müharibədə iştirak edən futbolçu
17.09.2021 20:17
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır.

Bu barədə "Qafqazinfo”ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliyə çağırılıb, 2021-ci iyulunda ehtiyata buraxılıb və Vətən müharibəsinə əsgər kimi qatılıb: "Füzuli, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişəm.  

"Cəsur döyüşçü” və Füzuli, Qubadlı və Şuşa şəhərlərinin azad olunmasına görə medalları ilə təltif edilmişəm. Noyabrın 1-də Şuşada Daşaltı kəndində yaralanmışam. Mənə sağ aşıq baldır oynağında iç və diş topuqların qapalı yerdəyişən sınığı diaqnozu qoyulub. Ayaq barmaqlarım işləmir, dizimdə kontraktura var. İki dəfə Buzovna rayonu Reablitasiya Mərkəzində müalicə almışam.

Müdafiə Nazirliyi 65 B maddəsinə əsasən sənədlərimə hərbiyə yararsız, müharibə dövründə məhdud yararlı kimi qiymətləndirib. Noyabrdan bəri işsizəm. Yaralanmağıma görə hələ də mənə əlillik dərəcəsi təyin edilmir. Pensiya ala bilmirəm. Əlimdə əsa ilə gəzirəm. Heç kim məni işlə təmin etmir.

Avqustun 18-də Gəncə şəhəri 2 saylı poliklinikadan sənədlərimi nazirliyə göndərmişəm. 25 iş gündür ki, mənə nazirlik tərəfindən cavab gəlməyib. Yaralanıb gələndən sonra heç kim gəlib qapımı döyməyib. Anam yataq xəstəsidir, bu halımla ona da qulluq edirəm”. 
T. Rzayev sözügedən sənədlərin surətlərini redaksiyamıza da təqdim edib.
"Qafqazinfo” T. Rzayevin müraciəti ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanova müraciət edib. O bildirib ki, 25.02.2021-ci il tarixində Gəncə şəhər sakini, Rzayev Talıb Bəxtiyar oğlunun Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli TSEK-i tərəfindən əlillik vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə əyani müayinəsi həyata keçirilib: "Qazinin obyektiv müayinəsi zamanı mövcud vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub. Lakin Talıb Rzayevin hazırkı vəziyyəti və müraciəti nəzərə alınaraq o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yenidən qısa müddət ərzində əyani müayinəyə cəlb ediləcək. Bundan sonra qazinin əlillik vəziyyəti ilə bağlı müvafiq qərar veriləcək".
 
 






www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol